ritn
ritn
ritn
18 Oktyabr 2017
Çərşənbə

Bolqarıstan Prezidenti: - Azərbaycan Şərqi və Mərkəzi Avropada şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır

12:27

Biz Cənub Qaz Dəhlizinə dəstək veririk. Azərbaycan Şərqi və Mərkəzi Avropada şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır. Buna görə, biz həmin layihəyə dəstəyimizi veririk.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdə bildirib.

Bolqarıstan ilə Azərbaycan arasında siyasi dialoqun intensivliyinin xalqlarımız və ölkələrimiz arasında çox yaxşı münasibətlərin olduğunu göstərdiyini deyən Prezident Rumen Radev siyasi dialoqun səviyyəsinin əməkdaşlığımızın bir çox digər sahələrdə inkişafı üçün yaxşı şərait yaratdığını vurğulayıb.

Bolqarıstan dövlətinin başçısı bildirib ki, daşımalar, nəqliyyat dəhlizinin yaradılması ilə bağlı çox böyük potensial var. “Biz, həmçinin ölkələrimiz üçün vacib olan Bakı ilə Sofiya arasında birbaşa uçuşları müzakirə etdik. Əgər həmin hava xəttini aça bilsək, bütün digər sahələrin inkişafına töhfə vermiş olacağıq”, - deyə Prezident qeyd edib.


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
13.10.2017 12:27
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Siyasət

REDAKTORUN SEÇİMİ