19 Fevral 2018
Bazar ertəsi

MSK İlham Əliyevin prezidentliyə namizədliyininin irəli sürülməsini təsdiq edib

Siyasət      14.02.2018 16:35

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması müzakirəyə çıxarılıb. 

MSK-dan ATV.az-a bildirilib ki, iclasda İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib. Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilən qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb. Seçki Məcəlləsinə əsasən sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində MSK namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

ATV.az


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

Siyasət

REDAKTORUN SEÇİMİ