ritn
ritn
ritn
18 Avqust 2017
Cümə

Azərbaycan şou-biznesində 2016-cı İlin yekunları - Mahnılar, qalmaqallar, təyinatlar

17:39

Vüqar Vüqarlı

ATV.az ənənəyə sadiq qalaraq Azərbaycan şou-biznesinində ilin yekunlarını tamamlayırıq və nominasiyalarımız ilə oxucularımızı tanış edirik.

İlin İtkisi

Əlbəttə ki, xalq artisti İlhamə Quliyevanın vəfatı...

Fevral ayının 25-də Azərbaycan mədəniyyəti olmasa da, ölkə şou-biznesi bu əsr ən böyük itkisinə məruz qaldı. Bu itki o qədər gözlənilməz idi ki, bir çox insanlar ümumiyyətlə İlhamə xanımın artıq əbədiyyətə qovuşduğuna inana bilmirdi. Onun gedişi ilə şou-biznesimiz başsız qaldı desək, yanılmarıq.

İlin mahnısı

Bu nominasiya ətrafında çox fikirləşsək də, qərarımız bəlkə də bir çoxlarınız üçün gözlənilməz olacaq. Lakin bu qərarın ədalətli olmasında şübhəniz qalmayacaq. Çünki bu nominasiyada qalib olan mahnını həqiqətən də bu il hardasa, nə vaxtsa zümzümə etmisiniz. Bu, Asif Məhərrəmovun ifa etdiyi və "Youtube"də 5 milyondan artıq dinləyici yığmış “Gecə-gecə” mahnısıdır. 

İlin müğənnisi

Bu nominasiyanın qalibi gənc mügənni, demək olar ki, artıq Azərbaycanın bütün bölgələrində “Damla” kimi tanınan  Məsumə Məmmədovadır. Onun 2016-cı ildə  oxuduğu hər bir mahnı kütlə tərəfindən sevilib və uğur qazanıb, müğənninin özü isə Azərbaycan toylarında ən tələbatlı müğənnilər sırasına ucalıb.

İlin  sualı

Qalmaqallı stilist, "Samiraldo" kimi tanınan Samir Əliyevin məşhur videoçarxda,  “Açıldı?!” sualı dillər əzbəri olmaqla yanaşı, onu bizim bu nominasiyanın qalibi etdi.

İlin şairi

Bu nominasiyada şəriksiz qalib Elza Seyidcahandır. Respublikanın əməkdar artisti oxumağından daha çox öz şeirləri ilə yadda qalıb. Düzdü, müğənninin bu yaradıcılıq forması birmənalı qarşılanmasa da, hamı o şeirlərlə əyani tanış olmağı özünə borc bilib. Sosial şəbəkələrdə isə Elza xanımın hər bir şeiri geniş müzakirə obyektinə çevrilib. Necə deyərlər, antireklam da reklamdır!

İlin toyu

Müğənni Elçin Cəfərovun bir çox sevgi macəralarından sonra Aydan adlı xanımla ailə qurması ilin ən xoş xəbərlərindən biri olmaqla yanaşı, bizim nominasiyamızın qalibi oldu. Elçinin Aydanla evliliyi nə qədər çəkəcək deyə bilmərik, amma bir çox şou-biznez nümayəndələrinin ailələrindən daha möhkəm və xoşbəxt olmağını arzulayırıq!

İlin boşanması

Bu məyusedici nominasiyanın qalibləri Fuad və Sevinc Əlişovlardır.

Rejissorla aktrisanın ailə həyatı kənardan nə qədər xoşbəxt və problemsiz görünsə də, 11 il sonra dağıldı. Onların üç gözəl balası isə anaları ilə qaldı. Əlbəttə ki, atalarının hər zaman uşaqlarını görmək hüququnun taptalanmaması şərti ilə.

İlin videosu

Bu nominasiyanın qalibi 2016-cı ildə bizlərə öz yaradıcılığı ilə bol-bol gülüş dəqiqələri bəxş edən aktyor Taleh Yuzbəyovdur. Onun “Jeyhuuun” adlı videoçarxını əminliklə ilin videosu adlandırmaq və bizim  nominasiyamızım qalibi seçmək olar.

https://www.youtube.com/watch?v=TQF_VMYzwfY

İlin qonağı

Azərbaycan çox qonaqpərvər ölkədir. Bunu artıq bütün dünya bilir və ölkəmizə, doğma Bakımıza gələn “ulduz” statuslu qonaqların ardı-arası kəsilmir. Onların içində arzuolunmaz qonaqlar da olur, hamımızım səbirsizliklə gözlədiyi də. İkincilərin içində, xüsusi ilə rusiyalı pop-ulduz Filip Kirkorov və Hollivud ulduzu Stiven Siqal fərqlənirlər. Hesab edirik ki, hər ikisi bu nominasiyamızın qalibi adına layoqdir.

İlin təyinatı

Bu nominasiyanın qalibi isə şəriksizdir - TMB kanalının Azərbaycan bürosunun yeni rəhbəri Təranə Səmədova. Qalmaqallı prodüserin bu vəzifəyə təyin olunması şou-biznesimizdə bomba kimi partladı. Şou-bizmesimizin bir çox nümayəndələri bu faktı həzm edə bilməsə də, Təranə hələ ki, bu vəzifənin sahibi olaraq qalır.

İlin kəşfi

Bu nominasiyamımız  qalibi ginekoloq və rəqqasə kimi tanıdığımız, bu ildən sonra aktrisa kimi kəşf etdiyimiz Oksana Rəsulovadır.

Doğrusu, hər zaman təəcübləndirməyi bacaran Rəsulova hind dilini artıq semiçka kimi "çırtdadığından” düşünmürdük ki, yenə təəccübləndirməyi bacarsın, amma o, bunu bacardı! Dörd günə iki filmini prezentasiya edən (3 mart – “Şər qarışanda”,  7 mart – “Zaman adlı qatar”), baş rolda çəkildiyi, daha iki filminin isə (“Bayram axşamı” və “Mələyin öpüşü”)  prezentasiyasını gözləyən Oksana yola saldığımız ildə gözəl aktrisa kimi də tanındı.

İlin dueti

Və nəhayyət, gəldik sonuncu nominasiyamıza. Zövqlər müxtəlif olduğu kimi, bizim bu nominasiyanın qalibləri bu müxtəlif zöqləri formalaşdıran müğənnilərdir. Talıb Taleh və Şəbnəm Tovuzlu duetinin oxuduğu “Narın-narın” mahnısı "Youtube"də 5 milyondan artıq dinləyici toplayıbsa, Mir Yusif-Röya duetinin “Səndən bir dənədir” mahnısı da ondan geri qalmayıb. Sözügedən mahnı da eyni sayda izləyici yığa bilib. Məhz buna görə hər iki dueti nominasiyamızın qalibi elan edirik.

Vüqar VÜQARLI / ATV.az


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
22.12.2016 17:39
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Yazarın digər yazıları

Oxşar xəbərlər

Şou-biznes

REDAKTORUN SEÇİMİ