17 Yanvar 2018
Çərşənbə

Tanınmış azərbaycanlı aparıcı ana ola bilmədi

Şou-biznes      05.01.2018 12:27

ANS telekanalında yayımlanan "Kamerton" musiqili verilişi ilə məşhurlaşan aparıcı Gülnarə Məmmədova ana ola bilməyib. 

ATV.az xəbər verir ki, bu barədə 2015-ci ildə Özgür adlı türkiyəli iş adamı ilə ailə quran aparıcı özü sosial şəbəkədə məlumat verib. O, hamiləliyin sonuncu aylarında düşük yaşadığını bildirib. Aparıcı qızı itirməsi ilə bağlı təsirli status yazıb: "Qızım, sən mənim həyatımda oxuduğum ən gözəl hekayəmsən. Hər zaman mənimləsən, qəlbimin ən gözəl yerindəsən. Məndə doğuldun, heç batmayan günəşimsən. Sən mənə Mövlamın verdiyi, bu dünyada aldığım ən gözəl hədiyyəmsən. Yanımda olsan da, olmasan da, məndə qoyduğun və heç silinməyən iz buraxan imzamsan. Keçməyən şirin acımsan. Sən hər iki dünyada mənə lazımsan. Cənnətə birlikdə getdiyim açarımsan. Sən mənim canımsan, qanımsan, bircə qızımsan..." Məlumat üçün bildirək ki, bu Türkiyə vətəndaşı ilə ailə quran teleaparıcının ikinci evliliyidir.

ATV.az


Bu xəbərləri də oxu

Çin sirkində dəhşətli olay - Pələng və şir uşaqların gözü önündə atı parçaladı - VİDEO

Nikah üçün tibbi müayinənin ağır nəticələri - 1333 NƏFƏRDƏ SİFLİS, 282 NƏFƏRDƏ QİÇS AŞKARLANIB

Cavanşir Məmmədova ağır itki - Generalın qardaşı vəfat etdi

Oxunma sayı:

Oxşar xəbərlər

Şou-biznes

REDAKTORUN SEÇİMİ