17 Yanvar 2018
Çərşənbə

"Qızıl qlobus"un qaliblərinin adları açıqlandı

Şou-biznes      08.01.2018 09:55

2017-ci il "Qızıl qlobus" mükafatı öz sahiblərini tapıb. ATV.az-ın məlumatına görə, "Ən yaxşı dramatik film" üzrə bu mükafatı "Ebbinq, Missura sərhədində 3 bilbord" filmi qazanıb.

"Ledi Berd" filmi isə bu mükafatı qazanan "Ən yaxşı komediya filmi" olub.

"Ən böyük balaca yalan" filmi "Ən yaxşı mini-serial" kimi "Qızıl qlobus" qazanıb.

"Qızıl qlobus" mükafatını "Ən yaxşı qadın rolu"na görə Frensis Makdormand, "Ən yaxşı kişi rolu"na görə isə Qari Oldman əldə edib.

Qilermo del Toro isə bu mükafatı "Ən yaxşı rejissor" kimi qazanıb.

İngilis kinorejissor və ssenarist Matin Makdonax "Ebbinq, Missura sərhədində 3 bilbord" filminə yazdığı ssenari ilə "Qızıl qlobus" mükafatçısı olub.

"Əcnəbi dildə ən yaxşı film" kimi "Qızıl qlobus" mükafatını Almaniya istehsalı olan film qazanıb.

Qeyd edək ki, bu mükafat 25 kateqoriyada təqdim edilir. "Qızıl qlobus"un ilk təqdimetmə mərasimi isə 1945-ci ildə baş tutub.

ATV.az


Bu xəbərləri də oxu

Çin sirkində dəhşətli olay - Pələng və şir uşaqların gözü önündə atı parçaladı - VİDEO

Nikah üçün tibbi müayinənin ağır nəticələri - 1333 NƏFƏRDƏ SİFLİS, 282 NƏFƏRDƏ QİÇS AŞKARLANIB

Cavanşir Məmmədova ağır itki - Generalın qardaşı vəfat etdi

Oxunma sayı:

Oxşar xəbərlər

Şou-biznes

REDAKTORUN SEÇİMİ