17 Yanvar 2018
Çərşənbə

Vaxtanq Kikabidze:"Brilliant Dadaşovanı, Faiqi çox sevirəm" - Qəbələdə

Şou-biznes      10.01.2018 15:33

Dünyaya səs salan Qəbələ XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı tamaşaçılara unudulmaz anlar yaşatmaqda davam edir. Artıq 5 gündür ki, davam edən festivala yerli tamaşaçılarla yanaşı, xarici turistlər də böyük maraq göstərir.

ATV.az xəbər verir ki, festivalın proqramına uyğun olaraq Ukrayna, Belarus, Rusiya və Avropa ölkələrindən gələn yüzlərlə turist, eləcə də yerli qonaqlar üçün Gürcüstanın Xalq Artisti, görkəmli kino aktyoru və müğənni Vaxtanq Kikabidzenin solo konserti olub. Yanvarın 9-da Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsertdən əvvəl Qəbələnin gözəlliyindən söz açan Vaxtanq Kikabidze jurnalistlərin suallarını da cavablayıb. Ecazkar səs sahibi Qəbələyə ilk dəfə gəldiyini, buranın gözəlliyinə və insanların xeyirxahlığına valeh olduğunu Bildirib. “Yaxın keçmişdə mənim Heydər Əliyev mərkəzində  konsertim olub. Qarşıdan yubileyim gəlir. Bakıda konsert verəcəm. Rusiyadan başqa digər ölkələrdə  konsertlər verməyi planlaşdırırıam. Azərbaycanda Brilliant Dadaşovanı, Faiqi çox sevirəm. Digər ölklərdədə sevdiyim sənətçiləıər var. Məsələn Saşa Rozenbaum, Valeriy Meladze. Burada əla qarşılandım. Azərbaycandan təklif gələndə dərhal qəbul etdim. Burda çoxlu dostlarım var.onların vasitəsilə məni dəvət etdilər.Burda  bir gün qalıb sonra qayıdacağam.Əslində həkimlər mənə oxumağa icazə vermirlər. Amma oxuyuram”

PƏRVİN ƏSGƏRLİ//ATV.az


Bu xəbərləri də oxu

Çin sirkində dəhşətli olay - Pələng və şir uşaqların gözü önündə atı parçaladı - VİDEO

Nikah üçün tibbi müayinənin ağır nəticələri - 1333 NƏFƏRDƏ SİFLİS, 282 NƏFƏRDƏ QİÇS AŞKARLANIB

Cavanşir Məmmədova ağır itki - Generalın qardaşı vəfat etdi

Oxunma sayı:

Oxşar xəbərlər

Şou-biznes

REDAKTORUN SEÇİMİ