21 Fevral 2018
Çərşənbə

Vergilər Nazirliyi ilə bağlı sərəncamda dəyişiklik

Cəmiyyət      02.02.2015 22:25

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq edilsin:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının vergilər naziri.

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini

Azərbaycan Respublikası vergilər nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının vergilər naziri

Azərbaycan Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi

Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi auditi baş idarəsinin rəisi

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin rəisi

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş idarəsinin rəisi

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi”.


Bu xəbərləri də oxu

Novruz Bayramı və bayram çərşənbələri hansı günlərə düşür - RƏSMİ AÇIQLAMA

Kikboksinq üzrə Azərbaycan çempionatında yeni rekord qeydə alındı - FOTOLAR

Qadını səhvən diri-diri basdırdılar – - 11 gün qəbirdən çıxmağa çalışıb

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ