18 Fevral 2018
Bazar günü

Sinoptiklərdən XƏBƏRDARLIQ

Bakıda sabah güclü küləklə müşayiət olunan qar yağacaq

Cəmiyyət      20.02.2015 13:05

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan ATVxəbər.az-a verilən məlumata görə, fevralın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq, güclü küləkli keçəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi, gündüz yarımadanın bəzi yerlərində küləyin sürətinin daha da güclü olacağı gözlənilir.

Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fasilələrlə yağıntılı olacaq, sulu qar, qar yağacaq. Yağıntının bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Aran rayonlarında gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlıq ərazilərdə gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacaq.

Yollar buz bağlayacaq.


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ