17 Dekabr 2017
Bazar günü

Direktorlar imtahan verəcək - VİDEO

27.10.2014 17:59

Orta məktəb direktorları və müavinləri imtahana cəlb olunacaq. Bu yolla Bakıda fəaliyyət göstərən orta məktəb direktorlarının və tədris hissə müdirlərinin əmək fəaliyyəti yoxlanılacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ATVxəbər.az-a verilən məlumata görə,  direktor və tədris hissə müdirlərinin fəaliyyətinin qiymətləndirilməsi müəllimlərin sınaq qiymətləndirilməsinin aparılma formasından tamamilə fərqlənəcək. Onların qiymətləndirilməsi başqa formada, başqa mexanizmlə aparılacaq.

Hazırda direktor və tədris hissə müdirlərinin qiymətləndirilməsinin mexanizminin hazırlanması istiqamətində müzakirələr aparılır və müvafiq layihə hazırlanır. Direktor və tədris hissə müdirlərinin fəaliyyətinin qiymətləndirilməsinin bu ilin sonunda, yaxud gələn il ərzində aparılması nəzərdə tutulub. Qiymətləndirmə prosesinə Bakının bütün məktəblərinin direktorları və tədris hissə müdirləri cəlb ediləcək. 


Bu xəbərləri də oxu

87 yaşlı qocanın 27 yaşlı həyat yoldaşı: - “60 yaş fərq heç nəyi dəyişmir” - FOTOLAR

Maradona Kriştianu Ronaldunu "yıxıb-sürüdü"

Ronaldinyo siyasətə qoşulur

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ