19 Yanvar 2018
Cümə

Son 6 ayda Əzrailin apardıqları - VİDEO

Cəmiyyət      16.07.2015 18:34

İlin ilk altı ayında respublika üzrə 1045 yol qəzası baş verib, 407 nəfər həyatini itirib, 1117 nəfər yaralanıb.  Respublika Baş Dövlət Yol Polisi İdarəsindən atv səhərə verilən məlumatına görə, bu statistika ötən ilin analoji dövrü ilə müqayisədə 171 hadisə, 105 ölüm faktı, 117 xəsarət alma faktı azalıb.

Qəzaların çoxu piyadaların vurulması ilə bağlı olub. 408 piyadavurma hadisəsi nəticəsində 143 nəfər ölüb, 313 nəfər xəsarət alıb. Ölənlərin 34-ü, yaralananların isə 99 nəfəri azyaşlı uşaqlar olub. Bu müddət ərzində paytaxtda avtobusların iştirakı ilə 33 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 35 nəfər  xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, qəzaların çoxu sürücülər tərəfindən ötmə və qarşı hərəkət zolağına çıxma əməliyyatı zamanı qaydaların pozulması nəticəsində törədilib. Bu səbəbdən 382 qəza baş verib. Nəticədə 144 nəfər ölüb, 490 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, yol qəza hadisələrinin əksəriyyəti saat 13-dən 18-dək və saat 20-dən 24-dək qeydə alınıb.

ATV.az

 

 


Bu xəbərləri də oxu

Rusiyada məktəblilərə növbəti hücum - Balta ilə məktəbə gəldi 7 nəfəri yaraladı - VİDEO

Britaniya parlamentinin deputatı canlı efirdə yatdı, sonra isə... - VİDEO

Çin sirkində dəhşətli olay - Pələng və şir uşaqların gözü önündə atı parçaladı - VİDEO

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ