ritn
ritn
ritn
18 Avqust 2017
Cümə

Amerikadan "Şərq qapısı" ilə bağlı - bəyannamə

15:37

Amerikadan “Şərq qapısı” ilə bağlı bəyannamə

Amerika Birləşmiş Ştatlarının Visconsin Ştatının Miluaukee dairəsi 1834-cü ildə yaradılmışdır. Bu dairə Amerika Birləşmiş Ştatlarının ən çox tanınan 45-ci dairəsidir. Hazırda dairədə 1 milyona yaxın əhali yaşayır.

Amerikalı jurnalist və tədqiqatçı Peter Tasenin müraciətinə əsasən Miluaukee dairəsinin rəhbəri Çris Abele “Şərq qapısı” qəzetinin 94-cü ildönümü münasibətilə hökumət bəyannaməsi qəbul etmişdir. 
Bəyannamədə qeyd olunur ki, 2015-ci il noyabrın 9-da Azərbaycan Respublikasının tərkibində olan Naxçıvan Muxtar Respublikasının ilk nəşri olan “Şərq qapısı” qəzetinin 94-cü ildönümü qeyd olunacaq. 1921-ci il noyabrın 9-da “Şərq qapısı” qəzetinin əsası qoyulmuş, 1969-cu ildən qəzetin gündəlik və böyük formada nəşri təmin edilmişdir. 1990-cı ildə “Şərq qapısı” qəzeti üçün yeni dövr başlamışdır. Qəzet Azərbaycanın müstəqillik ideyalarının və Amerika Birləşmiş Ştatları ilə əlaqələrinin genişləndirilməsinə tərəfdar olmuşdur. 
2000-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri mətbuat azadlığı və azad nitq fəaliyyətini dəstəkləmək məqsədi ilə mətbuat orqanının maddi-texniki bazasının yaxşılaşdırılması barədə Sərəncam imzalamışdır. 2010-cu il iyulun 22-də milli mətbuatın yaradılmasının 135-ci ildönümü günündə böyük dövlət qayğısının bariz ifadəsi kimi “Şərq qapısı” qəzeti üçün yeni bina istifadəyə verilmiş, qəzetin rəngli nəşrinə başlanmış və hazırda qəzet həftədə beş dəfə nəşr edilir.

Nigar RƏHİMQIZI

 

 


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
07.10.2015 15:37
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ