18 Yanvar 2018
Cümə axşamı

Vergilər nazirinin iki müavini təyin edildi - SƏRƏNCAM

Cəmiyyət      29.03.2016 21:54

Azərbaycan Prezidenti İlham Əliyev Sahir Polad oğlu Məmmədxanovun vergilər nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

S.Məmmədxanov bu vəzifəyə təyin edilməzdən əvvəl vergilər nazirinin müavini olub və Vergi siyasəti və strateji araşdırmalar baş idarəsi, Hüquq baş idarəsi, Maliyyə-təsərrüfat idarəsi, İnsan resursları idarəsi və Mühasibat uçotu şöbəsini kurasiya edib.

Vergilər nazirinin birinci müavini vəzifəsi Natiq Əmirovun Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi təyin edilməsindən sonra vakant idi.

Dövlət başçısının digər sərəncamı ilə İlkin Etibar oğlu Vəliyev vergilər nazirinin yeni müavini təyin edilib.

İ.Vəliyev daha əvvəl Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi olub.

Bu sərəncamlar imzalandığı gündən qüvvəyə minir.


Bu xəbərləri də oxu

Çin sirkində dəhşətli olay - Pələng və şir uşaqların gözü önündə atı parçaladı - VİDEO

Nikah üçün tibbi müayinənin ağır nəticələri - 1333 NƏFƏRDƏ SİFLİS, 282 NƏFƏRDƏ QİÇS AŞKARLANIB

Cavanşir Məmmədova ağır itki - Generalın qardaşı vəfat etdi

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ