17 Dekabr 2017
Bazar günü

"Yaz həyəti" layihəsi - Qaliblər mükafatlandırıldı

09.06.2016 00:55

Təhsil Nazirliyi və İDEA İctimai Birliyinin məktəblərin həyətyanı sahələrinin yaşıllaşdırılmasına həsr olunan “Yaz həyəti” layihəsi uğurla başa çatıb. 

ATV.az xəbər verir ki, nazirlik və İDEA İctimai Birliyi layihədə iştirak edən Bakı, Gəncə və Sumqayıt şəhərlərindəki 26 ümumtəhsil müəssisəsi arasında müsabiqə keçirib. Müsabiqənin şərtlərinə görə, ən səliqəli və gözəl salınan “Yaz həyəti”nin aid olduğu məktəblər seçilərək, qalib elan olunub, onlara xüsusi diplom və dəyərli hədiyyələr təqdim edilib. Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qubanov və İDEA İctimai Birliyinin baş koordinatoru Fərid Cəfərov layihə haqqında məlumat verib və qalibləri təbrik edib. 

Qeyd edək ki, “Yaz həyəti” layihəsi Bakı, Gəncə və Sumqayıtda, ümumilikdə 15 ali və 26 orta təhsil müəssisəsini əhatə edib. Layihə çərçivəsində tələbə və şagirdlər 12 minə yaxın ağac və kol əkib. 


Bu xəbərləri də oxu

87 yaşlı qocanın 27 yaşlı həyat yoldaşı: - “60 yaş fərq heç nəyi dəyişmir” - FOTOLAR

Maradona Kriştianu Ronaldunu "yıxıb-sürüdü"

Ronaldinyo siyasətə qoşulur

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ