17 Dekabr 2017
Bazar günü

Gəncə şəhəri Dünya Kitab Paytaxtı elan oluna bilər

14.07.2016 16:44

Gəncə şəhərinin YUNESKO tərəfindən Dünya Kitab Paytaxtı elan edilməsi gözlənilir.

ATV.az-ın məlumatına görə, bununla bağlı sənədlər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin YUNESKO yanında Daimi Nümayəndəliyi ilə birgə hazırlanaraq YUNESKO-ya təqdim edilib. Məlumat üçün bildirək ki, YUNESKO Baş Konfransının 2 noyabr 2001-ci ildə qəbul etdiyi qətnaməyə əsasən hər il Dünya Kitab Paytaxtı nominasiyası elan olunur. Dünya Kitab Paytaxtı konsepsiyası YUNESKO tərəfindən 1996-cı ildə elan olunmuş Dünya Kitab və Müəllif Hüququ gününə əsaslanır.

Kitab sənayesinin üç əsas sahəsini təmsilı edən beynəlxalq təşkilatların iştirakını təmin etmək məqsədilə Beynəlxalq Naşirlər Assosiasiyası, Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyası, Beynəlxalq Kitab Satıcıları Federasiyası və YUNESKO-nun nümayəndələrindən ibarət komitə yaradılmışdır ki, həmin komitə də təqdim olunan nominasiyaları qiymətləndirir.

Günay Məryəm


Bu xəbərləri də oxu

87 yaşlı qocanın 27 yaşlı həyat yoldaşı: - “60 yaş fərq heç nəyi dəyişmir” - FOTOLAR

Maradona Kriştianu Ronaldunu "yıxıb-sürüdü"

Ronaldinyo siyasətə qoşulur

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ