21 Fevral 2018
Çərşənbə

45 ölkənin vətəndaşı istifadə edib - "Tax Free"

Cəmiyyət      10.08.2016 12:28

Vergilər Nazirliyində prezident İlham Əliyevin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncamı və bu sərəncamla bağlı Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr edilən mətbuat konfransı keçirilib. 

ATV.az xəbər verir ki, konfransda vergilər nazirinin müavini İlkin Vəliyev son illər ərzində vergi sistemində həyat keçirilən islahatlar və görülən işlərlə bağlı məlumat verib. O bildirib ki, artıq nazirlikdə kollegiya iclası keçirilib və sərəncamla müəyyən edilmiş tapşırıqların icrası ilə bağlı tədbirlər planı qəbul olunub.

Tədbirdə “Könüllü vergi açıqlaması” sisteminin tətbiqi barədə də məlumat verilib. Qeyd edilib ki, könüllü vergi açıqlaması vergi orqanı tərəfindən keçirilən vergi yoxlaması zamanı aşkar olunmamış səhvlərin vergi ödəyicisi tərəfindən könüllü olaraq bəyan edilməsini nəzərdə tutur. Nazir müavini həmçinin qeyd edib ki, yeni tətbiq edilən “Tax Free” sistemindən istifadə edən 45 ölkənin vətəndaşına 104 min manatdan artıq ƏDV qaytarılıb. 


Bu xəbərləri də oxu

Novruz Bayramı və bayram çərşənbələri hansı günlərə düşür - RƏSMİ AÇIQLAMA

Kikboksinq üzrə Azərbaycan çempionatında yeni rekord qeydə alındı - FOTOLAR

Qadını səhvən diri-diri basdırdılar – - 11 gün qəbirdən çıxmağa çalışıb

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ