17 Dekabr 2017
Bazar günü

Bu gün YUNESKO-nun təsis edildiyi gündür

16.11.2016 12:14

Bu gün BMT-nin humanitar sahə üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO-nun təsis edildiyi gündür.

ATV.az-ın məlumatına görə, bu qurumun yaranması haqqında Nizamnamə 1945-ci il noyabrın 16-da Londonda imzalanıb, bir il sonra 1946-cı il noyabrın 4-də isə 20 üzv dövlətdən ibarət təşkilat rəsmi fəaliyyətə başlayıb. Hazırda 193 dövlət YUNESKO-nun üzvüdür.

YUNESKO-Azərbaycan əlaqələrinin inkişafında ən mühüm addım ümummilli lider Heydər Əliyevin 1993-cü ilin dekabrında Fransaya ilk rəsmi səfəri zamanı qurumun Parisdə yerləşən mənzil-qərargahında baş direktor Federiko Mayorla görüşü zamanı atılıb. Ulu öndər Heydər Əliyevin 21 fevral 1994-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyası yaradılıb. 2005-ci il sentyabrın 15-də isə Prezident İlham Əliyev Milli Komissiya ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Azərbaycanla YUNESKO arasında hazırda sıx əlaqələr mövcuddur.

Azərbaycan bu təşkilata 1992-ci il iyunun 3-də üzv olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiridir. Ölkəmizin tarixi-mədəni irsinin bir sıra nümunələri YUNESKO-nun Ümumdünya İrsinin İlkin Siyahısına, Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına və Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Günay Məryəm / ATV.az


Bu xəbərləri də oxu

87 yaşlı qocanın 27 yaşlı həyat yoldaşı: - “60 yaş fərq heç nəyi dəyişmir” - FOTOLAR

Maradona Kriştianu Ronaldunu "yıxıb-sürüdü"

Ronaldinyo siyasətə qoşulur

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ