ritn
ritn
ritn
19 Avqust 2017
Şənbə

İcra Hakimiyyətindən vətəndaşlara - XƏBƏRDARLIQ

12:15
Bakı-2015 Avropa Oyunlarının keçirildiyi ərazi və ətraf ərazilərdə yaşayan sakinlərin avtomobillə mənzillərinə sərbəst daxil olmaları üçün xüsusi buraxılış vərəqələri veriləcək.
 
Bu sözləri Səbail rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri İsrafil Kərimov oxu.az-a bildirib. İnternetdə bu barədə xəbərdarlığı əks etdirən elanın yayılması məsələsinə münasibət bildirən İsrafil Kərimov vurğulayıb ki, Avropa Oyunları ərəfəsində Bakı şəhərinə avtomobil axını müşahidə olunacaq. “Bununla əlaqədar müəyyən yerlərdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq. Həmin ərazilərdə yaşayan sakinlərin öz şəxsi avtomobilləri ilə yaşadıqları əraziyə sərbəst giriş-çıxışını təmin etmək üçün onlara buraxılış vəsiqəsi veriləcək. Buraxılışı olmayan avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq”. Bununla əlaqədar sakinlərə xəbərdarlıq olunub ki, 2015-ci ilin iyun ayında Bakı şəhərində İlk Avropa Oyunlarının keçirildiyi ərazi və ətraf ərazilərdə sakinlərin sərbəst giriş-çıxışına, onların nəqliyyat vasitələrinin sərbəst hərəkətinə şərait yaradılması və xüsusi icazə vərəqəsinin alınması üçün 05 yanvar 2015-ci ilə qədər ərazidə olan MKİS-ə (Mənzil Kommunal İstismar Sahəsi) müraciət etsinlər. Həmin qurum siyahı hazırlayıb vətəndaşlara buraxılış vərəqəsi verəcək. Avropa Oyunlarının keçirildiyi ərazi və ətraf ərazilərdə ciddi tədbirlər görüləcək və avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət DİN və BDYP tərəfindən həyata keçiriləcək.

Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
18.12.2014 12:15
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ