17 Dekabr 2017
Bazar günü

Ötən il 178 adam öldürmə cinayəti qeydə alınıb - Baş Prokurorluq

06.01.2017 21:20

Baş Prokurorluqda 2016-cı ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Qurumun mətbuat xidmətindən ATV.az-a verilən məlumata görə, müşavirədə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, hesabat ilində Daxili İşlər Nazirliyi və Dövlət  Təhlükəsizliyi Xidmətinin əməliyyat qurumları ilə həyata keçirilən birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində 178 adam öldürmə cinayəti qeydə alınıb.

Qeydə alınan cinayətlərdən 172 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilən 64 cinayətin isti izlərlə açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 96,6 % (2015-ci ildə 95,5 %) təşkil edib. Göstərilən müddətdə qeydə alınan qəsdən adam öldürmə cinayətlərinin sayı 2015-ci illə müqayisədə 25 hadisə və açılmayan bu xarakterli cinayətlərin sayı 3 hadisə azalıb.

Günay Məryəm / ATV.az


Bu xəbərləri də oxu

87 yaşlı qocanın 27 yaşlı həyat yoldaşı: - “60 yaş fərq heç nəyi dəyişmir” - FOTOLAR

Maradona Kriştianu Ronaldunu "yıxıb-sürüdü"

Ronaldinyo siyasətə qoşulur

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ