17 Dekabr 2017
Bazar günü

İstanbul-Bakı reysləri təxirə salındı

06.01.2017 18:36

Türkiyənin İstanbul şəhərində qeydə alınan əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, yanvarın 7-nə planlaşdırılan İstanbul-Bakı və Bakı-İstanbul aviareysləri təxirə salınıb.

Bu barədə "Türk Hava Yolları"nın məlumatında bildirilir.

Təyyarə yerli vaxtla yanvarın 7-si saat 16:05-də İstanbuldan havaya qalxmalı, Azərbaycan paytaxtından İstanbula isə Bakı vaxtı ilə saat 20:55-də uçmalı idi.

Ümumilikdə İstanbul aeroportlarında THY-nin 7-8 yanvar tarixinə ləğv edilən daxili və beynəlxalq reyslərinin sayı 192-yə çatıb.

Qeyd edək ki, Türkiyə Meteoroloji Xidməti ölkənin qərbində hava şəraitinin kəskin pisləşməsi və güclü qar yağması barədə xəbərdarlıq etmişdi. //Trend


Bu xəbərləri də oxu

87 yaşlı qocanın 27 yaşlı həyat yoldaşı: - “60 yaş fərq heç nəyi dəyişmir” - FOTOLAR

Maradona Kriştianu Ronaldunu "yıxıb-sürüdü"

Ronaldinyo siyasətə qoşulur

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ