ritn
ritn
ritn
18 Oktyabr 2017
Çərşənbə

Balaca Nurayın xalasından yeni açıqlama - "Bu adama uşaq vermək olmaz”

12:52

Ötən gün Qubada 10 yaşlı uşağın məhkəmə icraçıları tərəfindən zor tətbiq edilərək xalasından alınıb atasına verilməsi ilə bağlı məlumat vermişdik.

ATV.az bu məsələni ictimailəşdirdikdən sonra bütün ölkədə geniş rezonans doğurub.

Ötən gün videodakı 10 yaşlı Nuray Bayramzadənin xalası Mehriban  Mustafayeva məsələ ilə bağlı ATV.az-a açıqlama verib. Bu gün isə yenidən redaksiyamızla əlaqə saxlayan M.Mustafayeva bildirib ki, məsələ ictimailəşəndən sonra onlarla maraqlanmağa başlayıblar:

“Jurnalistlər artıq tez-tez zəng vururlar, bura gəlirlər, maraqlanırlar. Mən Nurayı 2012-ci ilin dekabrın 5-də qəyyumluğa götürmüşəm. Atası uşağa baxmırdı, anası rəhmətə getmişdi. Sonra bu qəyyumluğu ləğv etdilər, indi də elə bunun davası gedir. Məhkəmə qərar verib ki, qəyyumluq ləğv olunsun, uşaq ataya verilsin”.

M.Mustafayevanın sözlərinə görə, məhkəmənin qərarından sonra, yəni yerli məhkəmədə uduzandan sonra Appelyasiya Məhkəməsinə, daha sonra Ali Məhkəməyə müraciət ediblər:

“Sonra yenidən valideynlikdən məhrumetmə ilə bağlı iş açmışıq ki, bu adam 10 ildə bir dəfə uşağı ilə maraqlanmıyıb, aliment verməyib. Bu adama uşaq vermək olmaz”.

Qeyd edək ki, videoda Nuray Əvəz qızı Bayramzadənin ana deyərək səsləndiyi qadın xalasıdır. O, illərdir xalası ilə birlikdə yaşayıb və onu ana kimi qəbul edib. Atasını isə ilk dəfə məhkəmə salonunda görüb. Nurayın anası Rübabə 2004-cü ildə həkim olan Əvəz Bayramzadə ilə ailə həyatı qurub. Bu, Əvəz Bayramzadənin üçüncü evliliyi olub. Onlar 2 il evli qalıblar. Uşaq dünyaya gəldikdən sonra qadının bədənində şiş yaranıb. Həyat yoldaşı bunu bilsə də, heç kimə bir söz deməyib. Qadın xəstə olduğu üçün həyat yoldaşı ondan ayrılıb.

Nuray və anası xalasına sığınıblar. Qadın bir müddət sonra səhhətindəki problemlər səbəbindən həkimə müraciət edəndə məlum olub ki, onun süd vəzində bədxassəli şiş var. Müalicə olunmadığı üçün artıq metostaz verib. Nurayın anası müəllimə olsa da, xəstəliyinə görə, sonradan işləyə bilməyib. Bacısı onun müalicəsi, sağalması üçün evini satıb, bütün imkanını səfərbər edib. Sonra məcbur olub uşağın atası ilə əlaqə saxlamalı olub. Lakin ata qızını və həyat yoldaşını qəbul etməyib. 2011-ci ilin oktyabrın 6-da atası Nurayı almaq üçün məhkəməyə müraciət edib. İlk məhkəmə prosesi 2011-ci ilin oktyabrın 13-də keçirilib. 

Günay Məryəm / ATV.az


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
07.01.2017 12:52
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ