ritn
ritn
ritn
18 Oktyabr 2017
Çərşənbə

RƏSƏDXANA: Sabah saat 9-da Yerin yaxınlığından keçən asteroidi görmək olar

16:00

Sabah “2012 TS4” asteroidi Yerə ən yaxın məsafədən keçəcək.

ATV.az Trend-ə istinadən xəbər verir ki, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.Onun sözlərinə görə, asteroid Yerə 43 min km məsafədən keçəcək ki, bu da Ayla Yerin arasındakı məsafədən təxminən 10 dəfə yaxın məsafədir:

"Yəni, asteroid Ayın orbitini kəsəcək. Asteroid yerli vaxtla səhər saat 9-a qalmış, 9-da Yerə ən yaxın nöqtədən keçəcək".

X.Mikayılov deyib ki, asteroidin sürəti saniyədə 7,6 km, başqa sözlə 1 saatda 28 min km-dir. Asteroidin diametri təxminən 10, uzunluğu 40 metrə yaxındır: "İlkin hesablamalar göstərir ki, Yerə yaxın məsafədən keçməsinə baxmayaraq, onun Yerə yaxınlaşmasının Yer üçün heç bir təhlükəsi yoxdur". X.Mikayılov asteroidin keçidinin səhər saatlarında teleskop vasitəsilə müşahidə etmək mümkün olacağını qeyd edib.

ATV.az


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
11.10.2017 16:00
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ