15 Dekabr 2017
Cümə

307 çoxmərtəbəli binaya qaz veriləcək

12.10.2017 20:40

2015-2016 -cı illər ərzində 898 yüksəkmərtəbəli binada qazlaşma prosesi aparılıb.

ATV.az xəbər verir ki, növbəti dəfə 307 Mənzil Tikinti koperativlərinin sahibləri  yüksəkmərtəbəli binaların qazlaşdırılması üçün “Azəriqaz” İstehsalat Birliyinə müraciət edib. Yüksəkmərtəbəli binaların qazlaşdırılması üçün qaz mütəxəssisləri tərəfindən hüquqi və fiziki şəxslərin mənzilləri yerindəcə araşdırılıb. Bundan sonra müvafiq sənədləri təqdim edən 307 yüksəkmərtəbəli  binanın qazının açılması təmin olunub.  Bu isə ümumilikdə 13 min 249 mənzili əhatə edir. Digər qazsız qalan binların taleyinə gəlincə, Azəriqaz İstehsalat Birliyi qazın satışı ilə məşğul olan bir qurum olaraq bəyan edir ki, bu cür bina sahibləri zəruri sənədləri mütləq qaydada təqdim etməlidir.

Nübar Niyaziqızı/ATV.az


Bu xəbərləri də oxu

Araz Ağalarov klipə çəkildi - VİDEO

Messinin dahiliyini növbəti dəfə sübut edən epizodlar - VİDEO

İlin ən yaxşı idman fotoları - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ