24 Fevral 2018
Şənbə

RF İstintaq Komitəsi: - Telman İsmayılov iki sahibkarın qətlini təşkil edib

Cəmiyyət      05.12.2017 12:05

Moskvada Çərkəz bazarının keçmiş sahibi Telman İsmayılov 2016-cı ildə iki sahibkarın qətlinin təşkilində ittiham olunur.

ATV.az Trend-ə istinadən xəbər verir ki, bu barədə  Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib.

O qeyd edib ki, istintaq T.İsmayılovu ötən il iş adamları Vladimir Savkinin və Yuri Brılevin qətlinin təşkilatçısı hesab edir.

Qətldə təqsirləndirilən Rafiq İsmayılov və Mehman Kərimov həbs olunub, Telman və Vaqif İsmayılovlar barəsində isə nəzarət altında saxlanılmaqla qiyabi olaraq ehtiyat tədbiri seçilib.

S.Petrenko əlavə edib ki, T.İsmayılovun beynəlxalq axtarışının təşkili üçün müvafiq materiallar RF Baş Prokurorluğuna göndərilib.

ATV.az


Bu xəbərləri də oxu

AFFA-nın mərhum prezidentinin ailəsində növbəti faciə - əvəl oğlu həlak oldu, indi isə... - VİDEO

Kiməsə "Eşşək olma" deməzdən əvvəl bu videoya diqqətlə baxın

Şəbnəm Tovuzlu belə görüntüləndi - artıq kilolar gözdən qaçmadı ÖZƏL - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ