24 Fevral 2018
Şənbə

Bacı-qardaşı xüsusi amansızlıqla öldürən şəxs ömürlük cəzaya məhkum edilib

Cəmiyyət      07.12.2017 18:09

Bakıda bacı-qardaşı öldürən, analarına isə yaralayan Azər Cəfərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

ATV.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında A.Cəfərovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra məhkəmədə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Azər Cəfərov ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il aprelin 2-də, saat 01:00 radələrində Nərimanov rayonunun Keşlə qəsəbəsində Bakı şəhər sakini Fəridə Qasımovanın üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evinin qarşısında tapılıb, onun anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub. Onun idarə etdiyi BMW markalı avtomobilin yük yerinə baxış zamanı oradan L.Məmmədovanın 16 yaşlı oğlu Saqil Qasımzadənin bədən və baş nahiyələrində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Azər Cəfərov cinayəti etiraf edərək bunu qarət məqsədi ilə törətdiyini bildirib.

Xatırladaq ki, qatilin "qazancı" 242 manat və 207 dollar olmuşdu. 

ATV.az


Bu xəbərləri də oxu

AFFA-nın mərhum prezidentinin ailəsində növbəti faciə - əvəl oğlu həlak oldu, indi isə... - VİDEO

Kiməsə "Eşşək olma" deməzdən əvvəl bu videoya diqqətlə baxın

Şəbnəm Tovuzlu belə görüntüləndi - artıq kilolar gözdən qaçmadı ÖZƏL - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ