21 Fevral 2018
Çərşənbə

Nazir sürüşmə zonasına gəlib - Kəmaləddin Heydərov Bayıl yamacına baxış keçirib

Cəmiyyət      26.01.2018 19:28

Fövqaladə Hallar naziri Kəmaləddin Heydərov  Bayıl yamacında, Teleqüllə yaxınlığındakı sürüşmə ilə bağlı əraziyə baxış keçirib.

ATV.az nazirliyin yayadığı məlumata əsasən bildirir ki, nazir sürüşmə ərazisindəki vəziyyətlə tanış olub, operativ şəkildə lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib. Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb.

Zümrüd Tahirqızı/ ATV.az


Bu xəbərləri də oxu

Novruz Bayramı və bayram çərşənbələri hansı günlərə düşür - RƏSMİ AÇIQLAMA

Kikboksinq üzrə Azərbaycan çempionatında yeni rekord qeydə alındı - FOTOLAR

Qadını səhvən diri-diri basdırdılar – - 11 gün qəbirdən çıxmağa çalışıb

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ