21 Fevral 2018
Çərşənbə

Türkiyə səfiri Gəncədə - Hansı məsələlərdən danışıldı?

Cəmiyyət      12.02.2018 20:02

Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri  Erkan Özoral Gəncə şəhərinə işgüzar səfər edib.

ATV.az-ın yerli bürosunun məlumatına görə, diplomat səfər çərçivəsində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Görüşdə hər iki qardaş ölkənin iqtisadi, mədəni və digər sahələrdə uğurla davam edən əlaqələrindən söhbət açılıb. Bu əlaqələrin genişləndirilməsi üçün Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə geniş potensial olduğu diqqətə çatdırılıb. Səfir Erkan Özoral Türkiyə  və  Azərbaycan xalqının tarixən çətin anlarda bir - birinin yanında olmasını xüsusi  vurğulayıb.  Sonra  qarşılıqlı  xatirə hədiyyələri təqdim edilib.

Mirislam/ ATV.az


Bu xəbərləri də oxu

Novruz Bayramı və bayram çərşənbələri hansı günlərə düşür - RƏSMİ AÇIQLAMA

Kikboksinq üzrə Azərbaycan çempionatında yeni rekord qeydə alındı - FOTOLAR

Qadını səhvən diri-diri basdırdılar – - 11 gün qəbirdən çıxmağa çalışıb

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ