18 Fevral 2018
Bazar günü

Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin edildi

Cəmiyyət      13.02.2018 12:28

Milli Məclisin bu gün keçirilən iclasında Ramiz Rzayevin yenidən Azərbaycan Ali Məhkəmənin hakimi təyin olunması məsələsinə baxılıb. 

ATV.az-ın məlumatına görə, layihə barədə məlumat verən MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Ramiz Rzayev uzun müddət nəinki məhkəmə sistemində, o cümlədən prokurorluq orqanlarında peşəkar fəaliyyəti ilə daim nümunə göstərib, hüquq sisteminə ciddi töhfələr verib: “Buna görə də Məhkəmə Hüquq Şurasının onunla bağlı qəbul etdiyi qərarı cənab prezident dəstəkləyib və Milli Məclisə təqdim edib”. Bundan başqa, Qasım Əliyevin Naxçıvan MR Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ də MM-də təqdim olunub. Hər iki məsələ səsə qoyularaq qəbul olunub. Qeyd edək ki, R. Rzayev hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədridir.

ATV.az 


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ