18 Fevral 2018
Bazar günü

A.Rəhimov: “Azərbaycan ordusu gündən-günə güclənir”

Cəmiyyət      13.02.2018 14:06

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 6-cı ildönümü qeyd edilib.

ATV.az xəbər verir ki, bu münasibətlə ilk olaraq, Xidmətin əməkdaşları Fəxri Xiyabanda ümumillilider Heydər Əliyevin və görkəmli avtolmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Daha sonra onlar Şəhidlər Xiyabanında olublar. Xidmətin rəisi Arzu Rəhimov bildirib ki, ölkəmizdə ordu quruculuğu yeni mərhələyə qədəm qoyub və Azərbaycan Ordusu gündən-günə güclənir. Vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlıqda əhəmiyyətli nəticələr əldə olunub. Xüsusən də vətəndaşlara elektron xidmətlərin göstərilməsi sahəsində uğurlar əldə edilib. Sonra Xidmətin fəaliyyəti ilə bağlı film nümayiş olunub. Sonda xidmətdə fərqlənən hərbi qulluqçular və əməkdaşlar mükafatlandırılıb.

Elvin Dəmirli/ ATV.az


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ