18 Fevral 2018
Bazar günü

Bayıl yamacında son vgəziyyət - Nazirlər Kabinetindən açıqlama gəldi

Cəmiyyət      13.02.2018 14:40

Bayıl yamacındakı sürüşmə aktiv fazadadır.

Bu isə o deməkdir ki, sürüşmə prosesi hər an baş verə bilər. ETSN-dən ATV.az-a bildirilib ki, Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının mütəxəsisləri tərəfindən aparılan monitorinq  işi  belə deməyə əsas verib. Hazırda ərazidə quraşdırılmış reperlər üzərində nəzarət aparıılır. Ekspedisiyasının dəstə rəisi rafiq həsənovun atv xəbərə verdiyi açıqlamada bildirib ki,  20 gün ərzində geoloqlar tərəfindən aparılmış tədqiqat işlərinin nəticələri hesabat şəklində hazırlanaraq Nazirlər Kabinetində yaradılmış xüsusi komisiyaya  təqdim edilib. Geoloq və seysmoloqların Bayıl yamacındakı sürüşmə sahəsində tədqiqatları  davam edir. Yamacdakı vəziyyət baş nazirin də diqqətindədir. Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilib ki, bu barədə  Baş nazirə məlumat verilir və müvafiq tədbirlər görülür. Məlumata əsasən, Sürüşmə sahəsində prosesin tam əhatə dairəsinin müəyyənləşməsi üçün müvafiq qurumların rəylərinin  alınması prosesi davam edir. Tədqiqat prosesi  yekunlaşmadığından dəqiq söz də demək mümkün deyil. sürüşmə sahəsində vəziyyət tam aydın olduqdan sonra  nazirlər kabineti   müvafiq qərar verəcək. Bu qərar isə  əhalini razı salacaq qaydada icra olunacaq. nazirlər kabineti hazırda sürüşmə zonasında prosesin dayanmasını tədqiqat işləri yekunlaşmasını gözləyir.

Zümrüd Tahirqızı/ ATV.az 


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ