18 Fevral 2018
Bazar günü

Səfir məcburi köçkünlərlə görüşdü - 40 gənc üçün karyera gününün açlışı oldu

Cəmiyyət      13.02.2018 17:01

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Kürdəmir rayonuna səfər edib.

ATV.az-ın yerli bürosunun məlumatına görə, səfir və Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov 40 məcburi köçkün gənc üçün “Karyera Günü”nün açılışını keçiriblər. Açılışda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri də iştirak ediblər. Sonra səfir Kürdəmir Amerika Mərkəzinə gedərək Karyera Gününün gənc iştirakçıları ilə bir araya gəlib, onların arzularını öyrənərək güclü gələcək qurmaları üçün idea və resurslar təklif edib. Robert Sekuta çıxışında azərbaycanlılara yeni imkanlar və güclü karyeralar qurmaqda göstərdikləri səylərin bir hissəsi kimi ölkəsinin Azərbaycandakı məcburi köçkünlərə olan uzunmüddətli öhdəliklərini vurğulayıb. O, 1991-ci ildən Amerika Birləşmiş Ştatlarının Azərbaycana 1,3 milyard dollardan çox yardım göstərdiyini və bunun 125 milyon dollarının məcburi köçkünlərə ayrıldığını söyləyib. Daha sonra səfirlik Kürdəmir Amerika Mərkəzinə texnoloji avadanlıqlar hədiyyə edib.

Mirislam/ ATV.az   


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ