18 Fevral 2018
Bazar günü

Hərracda 33 dövlət əmlakı özəlləşdirildi

Cəmiyyət      13.02.2018 16:45

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən  növbəti hərracda rəqabət müşahidə olunub və 33 dövlət əmlakı özəlləşdirilib. 

ATV.az xəbər verir ki, bunlardan 7 əmlak üzrə vətəndaşlar tərəfindən 17 sifariş qəbul edilib. Sifarişlərdən 4-ü isə elektron qaydada verilib. Sifarişlərin elektron müstəvidə həyata keçirilməsi də hərracda investor kütləsini artırmaqla böyük rəqabətlilik yaradıb. Bu dəfə ki  hərraca  iri investorların, kiçik iş adamlarının, gənclərin, eləcə də qadın sahibkarların fəallığı ilə müşahidə edilib. Qeyri-yaşayış sahəsi və nəqliyyat vasitəsinə aid olan 2 dövlət əmlakı bir neçə investoru özünə cəlb edə bilib. Nəticədə paytaxtın Nərimanov rayonunda yerləşən əmlakın ilkin start qiyməti 10 min 800 manat olmasına baxmayaraq 30 min 500 manata özəlləşdirilib. budəfəki hərracda vətəndaşlar Elektron hərracın üstünlüklərindən faydalanıb. Belə ki, alıcılardan biri paytaxtın Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə onlayn olaraq qoşulub. Qeyri-yaşayış üzrə özəlləşdirilən əmlaklardan 15-i Bakıda qalanları isə Gəncə, Sumqayıt, Bərdə şəhərlərində yerləşir.

Zümrüd Tahirqızı/ ATV.az 


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ