18 Fevral 2018
Bazar günü

Turizmin inkişafında idman yarışlarının ölkəyə faydaları

Cəmiyyət      13.02.2018 17:46

Heydər Əliyev Mərkəzində “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları 2018” adlı konfrans keçirilib.

ATV.az xəbər verir ki, Bakı Şəhər Halqası və Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə  keçirilən konfransda çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov ölkəmizdə keçirilən idman yarışlarının Azərbaycanın idman infrastrukturun inkişaf etməsinə, ölkəmizin təşkilatçılıq qabiliyyəti artmasına gətirib çıxardığını bildirib. Azərbaycanda turizmin inkişafında ölkədə keçirilən beynəlxalq tədbirlərin mühüm rolu olduğunu deyən  Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, yarışların Azərbaycanın dünyada tanınması üçün əhəmiyyətli olduğunu deyib. “Formula 1 group” şirkətinin baş icraçı direktoru Çeys Kerri çıxış edərək,  Bakı ilə səmərəli əməkdaşlıq etdiklərini və gələcəkdə bu əməkdaşlığı inkişaf etdirmək niyyətində olduqlarını bildirib.  Keçirilən beynəlxalq idman yarışlarında Azərbaycan milli aviasiyasının da rolunun böyük olduğunu deyən “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti   Eldar Hacıyev bildirib ki, 2017-ci ildə Heydər Əliyev adına Beynəlxalq Hava   Limanı  4 milyondan artıq sərnişinə xidmət göstərib ki, bu da 2016-cı illə müqayisədə  20  faiz   çoxdur.  

Elman Bakuvi/ ATV.az 


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ