18 Fevral 2018
Bazar günü

Xocalı soyqırımının ildönümünə hazırlıq - Abidə ətrafında abadlıq işləri aparılır

Cəmiyyət      13.02.2018 20:45

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Xətai rayonu ərazisindəki Xocalı parkı və “Ana harayı” abidəsinin ətrafında aparılan abadlıq işləri fevralın 17-i tam başa çatacaq. 

ATV.az xəbər verir ki, Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin təsdiq etdiyi tədbirlər planına əsasən ötən gün də müşavirə keçirilərək görüləcək işlər barədə müzakirələr aparılıb. Xətai rayon icra hakimiyyətinin şöbə müdiri Pənah İmanov bildirib ki, abidə ətrafında abadlıq işlərinə yanvar ayının sonlarından başlanılıb. Fevralın 17-də park ərazisində dekarativ gül kolları əkiləndən sonra isə abidə ziyarət üçün açıq olacaq. Onu da qeyd edək ki, Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq. Həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Elvin Dəmirli/ ATV.az   


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ