18 Fevral 2018
Bazar günü

Həcc ziyarətinə hazırlaşanların diqqətinə - Bu il hansı yeniliklər tətbiq olunacaq?

Cəmiyyət      13.02.2018 18:28

Həcc ziyarəti ilə bağlı qiymətlərin bir qədər qalxması Səudiyyə Ərəbistanındakı xərclərin artımı ilə bağlıdır”.

Bu sözləri ATV.az-a Qafqaz Müsəlmanları İdarəsinin məsul işçisi, Azərbaycanın həcc missiyasının üzvü Həmdulla Babayev deyib. O bildirib ki, ziyarətlə bağlı bu il yeni qaydalar tətbiq ediləcək. Idarə rəsmisinin sözlərinə görə, sənəd qəbulunun iyul ayının 15-nə kimi davam edəcək. Bu il də ziyarətçi qruplarını təcrübəli ilahiyyatçı-bələdçilərin müşayət edəcəyini bildirən ruhani qeyd edib ki, ziyarətin təşkilində təcrübəsi olan xüsusi həkimlər də zəvvarların sağlamlığının keşiyində duaracaqlar. Bununla belə  ziyarətçilərin sağlamlıq haqqqında arayış təqdim etmələri zəruridir. Sənəd qəbulu üçün dörd ədəd foto ilə yanaşı biometrik pasport da tələb olunur.  Bu il tətbiq olunan daha bir yenilik isə həcc xidmətinin bütün vətəndaşlar üçün vahid qaydada təklif edilməsidir. H. Babayev  bu ildən zəvvarların həcc evlərində deyil, otellərdə qalacaqlarını bildirib. Azərbaycandan Məkkəyə yollanan ziyarətçilərin kompakt yerləşməsi nəzərə alınaraq 1000 nəfərlik böyük otellər kirayələnib.

Ariz Tarverdiyev/ ATV.az 


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ