18 Fevral 2018
Bazar günü

“Göstərir Bakı”...... - Şərqin ilk televiziyasının yaranmasından 62 il ötür

Cəmiyyət      14.02.2018 10:23

Fevralın 14-ü Azərbaycanda televiziyasının yaranma günü kimi qeyd edilir.

ATV.az xəbər verir ki, düz 62 il oncə, paytaxtımızda ilk dəfə “Göstərir Bakı” sədaları eşidildi və mavi ekran işıqlandı. Bu, mədəniyyətimizin yaddaqalan hadisələrindən biridir. İlk veriliş günü ekranda sonralar Azərbaycanın tanınmış sənətkarına çevrilən, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova görünüb.Çıxışına «Göstərir Bakı!» kəlməsi ilə başlayan  Nəcibə xanım tamaşaçıları ilk televiziya yayımı  münasibətilə təbrik edib. Sonra ekranda “Bəxtiyar”  bədii filmi nümayiş etdirilib.  Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı. Hazırda Azərbaycan televiziyasının proqramları 4 peyklə bütün dünyaya yayımlanır. Azərbaycan televiziyasına Avropada, Şimali Amerikada, bütün Asiya ölkələrində də baxmaq mümkündür.

ATV.az 


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ