19 Fevral 2018
Bazar ertəsi

“Yeni çağrışlar” - Beynəlxalq multikulturalizm qış məktəbi davam edir

Cəmiyyət      14.02.2018 18:18

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Sivilizasiyalararası dialoq: yeni çağırışlar” adlı VI Beynəlxalq Multikulturalizm Qış Məktəbi Qəbələdə davam edib.

ATV.az-ın yerli bürosunun xəbərinə görə, əvvəlcə rayonun  Nic qəsəbəsindəki “Cotari” Alban-Udi kilsəsinə toplaşan yerli və əcnəbi gənclər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr Şöbəsinin müdiri Nicat Məmmədlinin “Azərbaycanda dini müxtəliflik” mövzusunda mühazirəsini dinləyiblər. Sonra Nic qəsəbəsində yerli əhali ilə görüşən 30-a yaxın əcnəbi tələbə yaşayış məntəqəsi ilə tanış olublar. Gəzinti zamanı Nic qəsəbəsindəki “Cotari” Alban-Udi kilsəsinin və udi xalqının tarixi ilə bağlı məlumatlar tələbələrin diqqətinə çatdırılıb. Udi icmasının nümayəndələri tələbələrə Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən söz açıb, həmişə dövlətin diqqət və qayğısını hiss etdiklərini qeyd ediblər. Daha sonra Qış məktəbinin iştirakçıları üçün “Tufandağ” Yay-Qış Turizm İstirahət Kompleksində kanatla dağ gəzintisi təşkil edilib.

Samir Cəbiyev/ ATV.az    


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ