19 Fevral 2018
Bazar ertəsi

Aqrar sektorda yeniliklər - Fermerlər yeni metodlarla tanış oldular

Cəmiyyət      14.02.2018 19:10

Qubada meyvə bağlarında xəstəlik və zərərvericilərə qarşı səmərəli mübarizənin təşkili və mütərəqqi becərmə metodlarının tətbiqi mövzusunda seminar keçirilib. 

ATV.az-ın yerli bürosunun məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi və Aqrokimya Məhdud Məsuliyyətli Cəmiyyətin təşkil etdiyi tədbirdə 50-dən çox fermer və sahibkar iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşudovun sözlərinə görə, ölkə başçısı tərəfindən təsdiq edilən Strateji Yol Xəritəsində super intensiv bağların salınması, meyvə məhsulları üzrə ixrac patensialının artırılması əsas hədəflərdəndir. Məhz bu seminarın keçirilməsi də Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin tərkib hissədir. Seminarda həmçinin yerli və xarici mütəxəsislər tərəfindən yeni becərmə metodları haqda fermerlərə məlumat verilib, fikir mübadiləsi aparılıb.  

Rauf Bayram/ ATV.az   

 


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ