19 Fevral 2018
Bazar ertəsi

“Quş qripi” təhlükəsi - DBNX fermerlərə xəbərdarlıq etdi

Cəmiyyət      14.02.2018 20:40

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının son məlumatlarına əsasən bir sıra ölkələrdə  -  İtaliya, Koreya , Konqo, İraq, İran, İngiltərə, Rusiya, Əfqanıstan, Çində quşlar arasında “quş qripi” xəstəliyi qeydə alınıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən ATV.az-a verilən məlumata görə, hazırda bu xəstəlik Azərbaycanla həmsərhəd olan İranın da bir çox regionlarında müşahidə edilir.Artıq qonşu ölkədə 25 milyona qədər quş zərərsizləşdirilib. Bununla əlaqədar “quş qripi” xəstəliyi baş vermiş ölkələrdən, o cümlədən İrandan ölkəmizə diri quş və quşçuluq məhsullarının gətirilməsinə qadağa qoyulub və bu barədə aidiyyəti qurumlara məlumat verilib. Respublikamızın quşların “miqrasiya xətti” üzərində yerləşməsini və qonşu ölkədə “quş qripi” xəstəliyinin yayılmasını nəzərə alaraq  Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və quşçuluq təsərrüfatlarının rəhbərlərinə xəbərdarlıq edib.

Kərəm Ələsgərov/ ATV.az


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

Cəmiyyət

REDAKTORUN SEÇİMİ