21 Fevral 2018
Çərşənbə

Alleqri: "Ümid edirəm ki, Messini zərərsizləşdirəcəyik"

İdman      06.06.2015 09:59
"Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Qalib bir oyunla müəyyənləşəcək. Ona görə də fiziki və psixoloji cəhətdən hazır olmalıyıq. Çox güclü rəqiblə qarşılaşacağıq, amma  "Barselona"nın da  zəif yerləri var".

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Yuventus"un baş məşqçisiMassimiliano Alleqri Çempionlar Liqasının finalında "Barselona" ilə oyun öncəsi deyib.

O, hazırda bütün diqqətlərini final matçına yönəltdiklərini bildirib:

"Yuventus" tarixində indiyə kimi oynadığı 7 final qarşılaşmasının 5-də uduzub. "Barselona" isə 4 dəfə  Çempionlar Liqasının qalibi olub, 3 dəfə məğlub olub. Kuboku qazanmaq üçün  yaxşı oynamalıyıq. Bundan başqa, biraz da şansa ehtiyacımız var".

Təcrübəli mütəxəssis  deyib ki, sabahkı matçda Messi, Suares, Neymar üçlüsünü zərərsizləşdirmək onlar üçün çətin olacaq:

"Buna görə də futbolçularım daha yaxşı oynamalıdır. Ümid edirəm ki, Messini zərərsizləşdirəcəyik, bunun üçün meydana çıxacağıq. Kuboku qazanmaq üçün qol vurmalıyıq".

Qeyd edək ki, "Yuventus" - "Barselona" görüşü sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 


Bu xəbərləri də oxu

Novruz Bayramı və bayram çərşənbələri hansı günlərə düşür - RƏSMİ AÇIQLAMA

Kikboksinq üzrə Azərbaycan çempionatında yeni rekord qeydə alındı - FOTOLAR

Qadını səhvən diri-diri basdırdılar – - 11 gün qəbirdən çıxmağa çalışıb

Oxunma sayı:

Oxşar xəbərlər

İdman

REDAKTORUN SEÇİMİ