21 Fevral 2018
Çərşənbə

"Qəbələ" və "Qarabağ" - ilk "100-lük"də

İdman      22.08.2015 13:31

Avrokiboklarda çıxış edən klubların 2015/16 mövsümü üçün əmsalları açıqlanıb.

ATV.az apasport.az-a istinadən xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində çıxış edən iki Azərbaycan klubu ilk "100-lük"də yer alıb.

Belə ki, hərəyə 2,0500 xal qazanan "Qəbələ" və "Qarabağ" 67-69-cu yerləri bölən 3 komanda arasındadırlar. Təmsilçilərimizin şəriki Xorvatiya "Hayduk"udur.
 
Cari mövsümdə 1,5500 xal qazanan "İnter" isə qitənin 112-cisidir. Cəmi 0,8000 xal əldə edən "Neftçi" isə 165-ci yerə şərikdir. Təmsilçimiz Uelsin "Nyutaun" klubu ilə eyni göstəriciyə malikdir.
 
Qeyd edək ki, cari mövsümdə qitə kuboklarında 236 komanda mübarizə aparır.


Bu xəbərləri də oxu

Novruz Bayramı və bayram çərşənbələri hansı günlərə düşür - RƏSMİ AÇIQLAMA

Kikboksinq üzrə Azərbaycan çempionatında yeni rekord qeydə alındı - FOTOLAR

Qadını səhvən diri-diri basdırdılar – - 11 gün qəbirdən çıxmağa çalışıb

Oxunma sayı:

Oxşar xəbərlər

İdman

REDAKTORUN SEÇİMİ