22 Noyabr 2017
Çərşənbə

UEFA-dan “Xəzər Lənkəran”a daha - 120 min avro

27.12.2016 19:33

Üzvləri milli komandaların heyətində çıxış edən klublara ödənilməsi üçün UEFA tərəfindən ayrılmış vəsaitlə bağlı AFFA tərəfindən UEFA-ya sorğu göndərilib və “Xəzər Lənkəran” klubunun ödənişi ilə əlaqədar UEFA-nın tövsiyəsinə ehtiyac duyulduğu bildirilib.

ATV.az AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, UEFA sorğunu cavablandırıb və “Avro-2016”nın seçmə mərhələsində “Xəzər Lənkəran” klubuna məxsus futbolçuların milli komanda heyətində çıxışına görə UEFA tərəfindən ayrılmış 120,583.68 avro vəsait UEFA-nın tövsiyəsinə əsasən müvafiq qaydada AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Eyni zamanda, “Xəzər Lənkəran” klubu AFFA və PFL-ə olan borcunu ödəyəcək.

Xatırladaq ki, bundan əvvəl UEFA uşaq futboluna görə "Xəzər Lənkəran"a 51 min 104 avro vəsait ayırıb.


Bu xəbərləri də oxu

Klipdə banan yedi - həbs olundu - FOTOLAR

Miri Yusifin fiaskosu - tanınmış müğənni TOP15-i tərk etdi

Azərbaycan təmsilçisi gənclər arasında tamblinq üzrə dünya birincisi olub - FOTOLAR

Oxunma sayı:

Oxşar xəbərlər

İdman

REDAKTORUN SEÇİMİ