ritn
ritn
ritn
19 Avqust 2017
Şənbə

Polo üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

16:14

2020-ci ildə polo üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək.

Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev deyib.

Onun sözlərinə görə, artıq qitə yarışının Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Atçılıq Federasiyasının iclasında qərar qəbul edilib.

B.Nəbiyev polo üzrə Azərbaycan millisinin hazırda Argentinada təlim-məşq toplanışında olduğunu söyləyib: "Bizim çövkən oyunçularından ibarət polo üzrə milli komandamız var. Çövkən yarışları bizə polo üzrə milli komandaya yeni oyunçuların seçilməsinə imkan verir. Hazırda polo yığmamız Argentinada təlim-məşq toplanışı keçir. Bu yarışdan sonra bəzi oyunçular seçiləcək və komandanın ikinci heyəti formalaşacaq".

Baş katib deyib ki, Azərbaycanın polo yığması 2018-ci ildə İtaliyanın Syena şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək. //Trend


Bu xəbərləri də oxu

"Bermud üçbucağı"ndan sağ çıxan pilotun - şok açıqlaması - VİDEO

Telefonu limonla, qarpızla şarj etmə YALANI - Bizi bu cür aldadırlarmış - VİDEO

O yazını oxuduqdan dərhal sonra nanəli konfeti ağzına atdı - və boğularaq can verdi - VİDEO

Oxunma sayı:
28.12.2016 16:14
Səhvlər barədə məlumat ver | Bizə xəbər yolla

Oxşar xəbərlər

İdman

REDAKTORUN SEÇİMİ