17 Dekabr 2017
Bazar günü

Yeni reytinq - 7 sərbəst güləşçimiz ilk onluqda

05.01.2017 12:55

Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından ATV.az-a verilən məlumata görə, sərbəst güləşçilərimizdən 15 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında yer alıb. Onlardan 7-si öz çəki dərəcələrində ilk onluğa daxil ola bilib.

Rio Yay Olimpiya Oyunlarının gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) reytinqdə 2-ci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçıları Hacı Əliyev (61 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) reytinq siyahısında 3-cüdür.

Qeyri-olimpiya çəki dərəcəsində dünya çempionatının bürünc medalçısı Əhmədnəbi Qvarzatilov (61 kq) da reytinqə 3-cü sıradan daxil olub.

Onluğa daxil daha bir güləşçimiz isə Cəmaləddin Məhəmmədov (125 kq) olub.

57 kq

3. Hacı Əliyev - Olimpiya Oyunları 3-cü yer (3)
13. Georgi Edişeraşvili - Qızıl Qran Pri 1-ci yer (nr)
16. Mircəlal Həsənzadə - Almaniya Qran Pri turniri 2-ci yer (13)

61 kq

3. Əhmədnəbi Qvarzatilov - Dünya çempionatı 3-cü yer (nr)

65 kq

2. Toğrul Əsgərov - Olimpiya Oyunları 2-ci yer (2)
14. Məhəmməd Müslümov - Əli Əliyev turniri 1-ci yer (16)
20. Teymur Məmmədov - Əli Əliyev turniri 2-ci yer (18)

70 kq

14. Gitinomaqomed Hacıyev - Qızıl Qran Pri 2-ci yer (nr)
15. Hacımurad Ömərov - U-23 Avropa çempionatı 2-ci yer (8)

74 kq

3. Cəbrayıl Həsənov - Olimpiya Oyunları 3-cü yer (4)

86 kq

3. Şərif Şərifov - Olimpiya Oyunları 3-cü yer (3)
11. Nurməhəmməd Hacıyev - Almaniya Qran Pri turniri 1-ci yer (10)
14. Aleksandr Qostiyev - Avropa çempionatı 2-ci yer (13)

97 kq

2. Xetaq Qazyumov - Olimpiya Oyunları 2-ci yer (2)

125 kq

10. Cəmaləddin Məhəmmədov - Almaniya Qran Pri turniri 1-ci yer (11)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.


Bu xəbərləri də oxu

87 yaşlı qocanın 27 yaşlı həyat yoldaşı: - “60 yaş fərq heç nəyi dəyişmir” - FOTOLAR

Maradona Kriştianu Ronaldunu "yıxıb-sürüdü"

Ronaldinyo siyasətə qoşulur

Oxunma sayı:

Oxşar xəbərlər

İdman

REDAKTORUN SEÇİMİ