17 Dekabr 2017
Bazar günü

Tanınmış kikboksçumuz - digər idman növünü seçdi? - FOTOLAR

05.01.2017 16:50

Bu gün tanınmış kikboksçu, kikboksinqin WAKO versiyası üzrə dünya çempionu olmuş, hazırda “Kobra” ləğəbi ilə peşəkarlar arasında vuruşan Pərviz Abdullayevin doğum günüdür.

ATV.az-ın məlumatına görə 31 yaşını qeyd edən kikboksçu gözlənilməz hədiyyə alıb:

“Bu gün “Əməkdar idman ustası” kitabçası mənə rəsmən təqdim olundu. Əlbəttə, bu çox böyük bir uğurdu, çox şadam ki, ad günümə təsadüf etdi. Ad günümə bundan gözəl hədiyyə ola bilməzdi. Bu adı ötən il alsam da, xaricdə olduğumdan yalnız indi mənə federasiyamızın rəhbəri Adil Əliyev tərəfindən rəsmi təqdim olundu, buna görə də ona təşəkkürümü bildirirəm. Inanıram ki, bu iil mənə düşərli olacaq və daha böyük nailiyyətlər əldə edəcəm”.

Pərviz hazırda İslam Oyunlarına hazırlaşdığını və uşu-sanda da özünü sınayacağından da danışdı

“İslam Oyunlarında uşu-sanda idman növündə çıxış etməyi də planlaşdırıram, çünki bu idman növünə yaxşı bələdəm. 75 kq çəki dərəcəsində özümü sınamağa tam hazıram”.

Qeyd edək ki, Pərviz Abdullayevin şəxsi məşqçisi karate üzrə dünya çempionu olmuş, şərq idman növləri üzrə  tanınmış mütəxəssis Fizuli Musayevdir.

Vüqar VÜQARLI / ATV.az


Bu xəbərləri də oxu

87 yaşlı qocanın 27 yaşlı həyat yoldaşı: - “60 yaş fərq heç nəyi dəyişmir” - FOTOLAR

Maradona Kriştianu Ronaldunu "yıxıb-sürüdü"

Ronaldinyo siyasətə qoşulur

Oxunma sayı:

Oxşar xəbərlər

İdman

REDAKTORUN SEÇİMİ