12 Dekabr 2017
Çərşənbə axşamı

ÇL-də qrup mərhələsi başa çatdı - Yaşanan ilklər hansılardır?

07.12.2017 15:16

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsi başa çatıb. 

Qitənin ən nüfuzu turnirinin pley-off mərhələsinə vəsiqə qazanan bütün komandaların adı məlumdur. Mərhələdə yaşanan ilklər barədə oxucuları məlumatlandırmağı özünə borc bilən ATV.az bəzi məqamlara aydınlıq gətirməyə çalışıb. Beləliklə, qrup mərhələsi Portuqaliya yığmasının və “Real Madrid”in forvardı Kriştianu Ronaldu üçün uğurlu olub. Doğma meydanda “Borussiya” ilə qarşılaşan “Real”ın oyunçusu Kristiano Ronaldu tarixə düşüb. Qarşılaşmanın 13-cü dəqiqəsində dortmundluların qapıçısını məyus edən Ronaldu bununla da Çempionlar Liqası tarixində qrup mərhələsinin 6 oyununda da qol vuran ilk oyunçu olub. Qrup mərhələsi İngiltərə klubları üçün də düşərli olub. Tarixində ilk dəfə 5 ingilis klubu pley-offda oynamaq şansı qazanıb. Bu klublar “Liverpul”, “Mançester Siti”, “çelsi”, “mançester Yunayted” və “Tottenhem”dir. Qeyd edək ki, indiyə qədər Liqanın 1/8 mərhələsinə 5 komanda ilə düşən ölkə olmayıb. İngiltərə klubları pley-offa 6 dəfə 4 komanda ilə, İspaniya 4 dəfə 4 klubla və Almaniya 2 dəfə 4 klubla qatılmaq şansı əldə ediblər. 1/8 final mərhələsi sensasiya ilə də yadda qalıb. Rusiyanın “Spartak” klubu özünün və ölkə tarixinin anti-rekorduna imza atıb. “Liverpul”a 7-0 uduzan rus flaqmanı klub komandalarının tarixində ilk böyük hesablı məğlubiyyət acısı dadıb. Daha bir maraqlı məqam isə F qrupunda yaşanıb. Məlumatlara görə, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yaxın dostu olduğu bildirilən “Napoli” dən olan həmkarına kömək edəcəyini bildirib. Belə ki, Ukrayna “Şaxtyor”u ilə oyun öncəsi Qvardiola italyan baş məşqçi Maurisio Sarriyə qələbə sözü verib. Amma bu kataloniyalı məşqçidə alınmayıb və ukraynalılar ev matçında “şəhərlilər”i 2-1 məlub edə biliblər. Elə “Napoli” də Hollandiya “Feyenoord” una 1-2 hesabı ilə uduzmaqla növbəti mərhələ ümidlərinin üstündən xətt çəkib. ÇL-də əldə edilən uğurdan sevincək olan “şaxtaçı”ların baş məşqçisi Paulu Fonseka isə sözünün üstündə dayanıb. Portuqaliyalı futbol adamı bir ay öncə verdiyi sözün üstündə dayanıb. O, mətbuat konfransına “Zorro” kostyumu ilə çıxmaqla tarixə düşüb. Qeyd edək ki, Fonseka komandasının pley-offa vəsiqə qazanacağı təqdirdə belə bir addım atacağını bildirmişdi.

Rövşən Əliyev/ ATV.az

 


Bu xəbərləri də oxu

TOP15-də həftənin gözlənilməz qalibi - Aygün Kazımovanı arxa planda qoydu

Qunduzlar məhkəmədə fermerə qalib gəldi

Xurma - Cənnət meyvəsinin faydaları

Oxunma sayı:

Oxşar xəbərlər

İdman

REDAKTORUN SEÇİMİ