12 Dekabr 2017
Çərşənbə axşamı

Çempionlar Liqasında Şehiç tarix yazdı

07.12.2017 15:00

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ən çox seyv edən qapıçılarının adlarını açıqlayıb.

ATV.az qurumun saytına istinadən  xəbər verir ki, "Qarabağ"ın qapıçısı İbrahim Şehiç sıyahının ilk pilləsində qərarlaşıb. Bosniya və herseqovinalı qolkiper 35 qurtarış edib. Bu siyahıda Yasmin Handanoviç ("Maribor, 32 seyv) ikinci, İqor Akinfeev (SSKA, 29) üçüncü olub. Andrey Pyatov ("Şaxtyor", 25) dördüncü, Silvio Proto ("Olimpiakos", 24) beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki,  qrup mərhələsinin ilk turunda "Çelsi"dən 6 top buraxan və bununla tənqid ətəşinə tutulan Şehiç 2013-cü ildən "Qarabağ"ın şərəfini qoruyur.

ATV.az


Bu xəbərləri də oxu

TOP15-də həftənin gözlənilməz qalibi - Aygün Kazımovanı arxa planda qoydu

Qunduzlar məhkəmədə fermerə qalib gəldi

Xurma - Cənnət meyvəsinin faydaları

Oxunma sayı:

Oxşar xəbərlər

İdman

REDAKTORUN SEÇİMİ