12 Dekabr 2017
Çərşənbə axşamı

AVRO-2020: Açılış oyunun yeri bilindi, Bakı Roma ilə şərik oldu

07.12.2017 23:00

AÇ-2020-yə ev sahibliyi edən şəhərlərdən biri bu hüquqdan məhrum olub. ATV.az xəbər verir ki,, bu haqda UEFA-nın İsveçrənin Nyon şəhərində keçirilmiş İcraiyyə Komitəsi iclasında qərar verilib.

Çempionatın 60 illiyi münasibətilə Avropanın 13 müxtəlif şəhərində keçirilməsi planlaşdırılan yarışı keçirəcək şəhərlərin sırasından Brüssel çıxarılıb. Buna səbəb şəhərdəki stadion tikintisinin geçikməsi olub.

Bu səbəbdən də Brüsseldə keçirilməsi planlaşdırıla 3 qrup və bir 1/8 final matçının keçirilməsi Londona həvalə olunub.

Beləliklə, İngiltərə paytaxtı yarımfinal və final oyunları da daxil olmaqla 7 qarşılaşmaya ev sahibliyi edəcək.

Bundan başqa sözügedən iclasda turnirin açılış matçının İtaliyanın paytaxtı Romada keçirilməsinə də qərar verilib.

Mötəbər yarışın 3 qrup və bir 1/8 final matçı da ölkəmizin paytaxtı Bakıda keçiriləcək.

AÇ-2020-nin qrup oyunları aşağıdakı şəhərlərdə oynanılacaq.

A qrupu: Roma, İtaliya və Bakı, Azərbaycan

B qrupu: Amsterdam, Hollandiya və Budapeşt, Macarıstan

C qrupu: Sankt-Peterburq, Rusiya və Kopenhagen, Danimarka

D qrupu: London, İngiltərə və Qlazqo, Şotlandiya

E qrupu: Bilbao, İspaniya və Dublin, İrlandiya

F qrupu: Münhen, Almaniya və Buxarest, Rumıniya

Qeyd edək ki, final mərhələsi 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək.

ATV.az


Bu xəbərləri də oxu

TOP15-də həftənin gözlənilməz qalibi - Aygün Kazımovanı arxa planda qoydu

Qunduzlar məhkəmədə fermerə qalib gəldi

Xurma - Cənnət meyvəsinin faydaları

Oxunma sayı:

Oxşar xəbərlər

İdman

REDAKTORUN SEÇİMİ