18 Fevral 2018
Bazar günü

“Qarabağ”dan unikal nəticə - bu göstəriciyə görə dünyada birincidir!

İdman      12.02.2018 12:10

Dünyanın bütün milli çempionatlarını əhatə edən ən uzun seriyaların siyahısı açıqlanıb.

ATV.az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, müxtəlif göstəricilər üzrə davam edən 10 ən böyük seriyalar arasında Azərbaycan təmsilçiləri də yer alıb.

Öz meydanında keçirdiyi matçlarda 2 və ya daha çox qol buraxmamaqda “Qarabağ” dünyanın 1 nömrəsidi. “Qəbələ” ilə Premyer Liqanın XV turunun görüşdən də seriyasını sürdürən Qurban Qurbanovun yetirmələri 0:0 hesablı bərabərliyə nail olub.

Ağdam klubu son 33 ev oyununda 1-dən çox qol buraxmır. Bu göstəriciyə isə bütün dünya həsəd aparır. “Qarabağ” son turdakı nəticə ilə şəriki olduğu İsrail “Hapoel”ini (Beyer-Şeva) arxada qoyub. Lakin bu gün “Aşdod”la görüşəcək Beyer-Şeva klubu yenidən çempionumuza çata bilər.

Qurbanovun komandasını evdəki çempionat oyununda 1 dəfədən artıq məyus edən sonuncu klub “Sumqayıt” olub. “Gənclik şəhəri” təmsilçisi 2015-ci il dekabrın 16-da meydan sahiblərinin qapısına 2 dəfə yol tapıb – 2:2. Həmin matçdan sonrakı 789 gündə 24 quru oyun keçirən “Qarabağ” yalnız 9 qarşılaşmada qapısında 1 top görüb.

ATV.az

 


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

İdman

REDAKTORUN SEÇİMİ