18 Fevral 2018
Bazar günü

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

İdman      13.02.2018 12:49

Bu axşam  Çempionlar Liqasının 1/8 mərhələsində  keçiriləcək  oyunlar arasında "Yuventus" - "Tottenhem" matçı daha böyük maraq  doğurur desək, yanılmarıq. Bunu nəzərə alan ATV.az saytı  bu oyuna  proqnoz vermək üçün iki generala müraciət etdi -  DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Rəisi, polis general-mayoru Emin Şəkinskiyə  və istefada olan hərbi general-mayor, Milli Qəhrəman Fəxrəddin Cabrayılova.  Onların proqnozlarını oxucularımıza təqdim edirik.

Emin Şəkinski: "Hesab edirəm ki, bu  ağır qarşılaşmada qapılara çox qol vurulmayacaq və "Yuventus"un doğma azarkeşlərinin gözü önündə oynayacağını nəzərə alaraq, düşünürəm ki, italyanlar qalib gələcək 1:0. İngilislər Buffonun "qapısının qıfılını" sındıra bilməyəcəklər 

Fəxrəddin Cəbrayılov:  "Yuventus"  artıq əvvəlki "Yuventus" deyil - bu danılmaz bir faktdır. "Tottenhem" isə əksinə - hazırda yüksəliş dövrünü yaşayır və onların gözəl bombardırıdə var - Harri Keyn. O italyanların qapısına mütləq yol tapmalıdır!

Hansı generalın proqnozunun daha dəqiq olduğunu isə biz bu gecə biləcəyik. Xatırladaq ki, oyun Bakı vaxtı ilə saat 23:45-də başlayır.

Vüqar VÜQARLI 

ATV.az 


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

İdman

REDAKTORUN SEÇİMİ