18 Fevral 2018
Bazar günü

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk iki oyunu keçirilib

İdman      14.02.2018 09:09

Çempionlar Liqasında (ÇL) 1/8 final həyəcanı başlayıb. ATV.az saytının məlumatına görə, mərhələnin ilk iki oyunu keçirilib.

ÇL-in son finalçısı “Yuventus” Premyer Liqanın iddialı komandalarından “Tottenhem”i qəbul edib. Tərəflərin avrokuboklarda ilk duelləri kimi tarixə düşən qarşılaşma bərabərliklə başa çatıb. 16 oyundu məğlubiyyət üzü görməyən və son 11 matçın hamısında qələbə qazanan "qoca sinyora" 2 qol fərqi ilə önə keçdiyi matçda üstünlüyünü qoruya bilməyib.

Digər qarşılaşmada isə “Bazel” Çempionlar Liqasının favoritlərindən olan “Mançester Siti”ni qəbul edib. “Şəhərlilər” səfərdə darmdağına sevinib. Qvardiolanın komandası 4 cavabsız qolla cavab oyununu formallığa çevirib.

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

13 fevral

Yuventus” (İtaliya) – “Tottenhem” (İngiltərə) - 2:2

Qollar: İquayn, 2, 9 (pen.) - Keyn, 35, Eriksen, 72

Baş hakim: Feliks Brix (Almaniya)

"Yuventus" stadionu, Turin

 

“Bazel” (İsveçrə) – “Mançester Siti” (İngiltərə) - 0:4

Qollar: İlkay, 14, 53, Silva, 18, Aquero, 23

Baş hakim: Yonas Eriksson (İsveç)

"Sankt-Yakob Park", Bazel

ATV.az


Bu xəbərləri də oxu

Zibil qutusunda hissələrə bölünmüş qadın cəsədi tapıldı - Bakıda - ÖZƏL

Yadellilərə diz çökdürən Rusiya şaxtası - FOTOLAR

"Yuventus" - "Tottenhem" matçına generallar proqnoz verdi - onlardan hansı dəqiq olacaq? - ÖZƏL

Oxunma sayı:

Oxşar xəbərlər

İdman

REDAKTORUN SEÇİMİ